www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Everton”un futbolçusu Ueyn Runinin bir müddət əvvəl içkili halda avtomobil idarə etdiyi üçün saxlanıldığını, 2 il müddətinə sürücülük hüququndan məhrum edildiyini xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, bununla yanaşı ulduz futbolçuya 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da verilib.

Artıq təcrübəli forvard cəzasını çəkməyə başlayıb. Belə ki, İngiltərə millisinin sabiq üzvü Prestberi şəhərində yerləşən qocalar evinin bağçasında olan skamyaları rəngləyərkən görüntülənib. Bu qocalar evi Runinin bir neçə milyonluq malikanəsinin yaxınlığında yerləşir.

Qeyd edək ki, Runinin cəzası təkcə bunlarla bitməyib. Belə ki, “Everton” da bu hərəkətinə görə Runini 300 min funt-sterlinq dəyərində cərimələyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2125
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.