!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərxoş kişi özünü bıçaqlayıb

!Reklam – Yazi

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Zabrat 1 qəsəbəsi Oktyabr küçəsi 32 ünvanında baş verib. Həmin ünvanda yaşayan 56 yaşlı Kərimov İkram Mirbəy oğlu qarın nahiyyəsindən iki bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Çoxlu qan itirən yaralı dərhal əməliyyata götürülüb. İkram Kərimovun həyatını həkimlər xilas edə biliblər.

O,əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının ifadəsini almaq mümükün olmayıb. Qohumlarının polisə verdiyi izahata görə, hadisədən əvvəl İkram Kərimov spirtli içki qəbul edib. Sərxoş olandan sonra isə bıçaqla özünə xəsarətlər yetirib. Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Yenicag.az

www.yenicag.az

1112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv