www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qərb bölgəsinin və 200 minlik əhalisi olan Tovuz rayon dəmiryolu stansiyası təhlükə mənbəyinə çevrilib.

Yenicag.az xəbər verir ki, kənardan normal görünən stansiya və platformalardakı vaqonlar qorxulu Amerika filmlərini xatırladır.

Stansiyada 2 ildir dayanan yararsız vaqonlar sərxoşların, yırtıcı heyvanların və ən nəhayət, vağzal ətrafında yaşayan sakinlərin zibillik kimi istifadə etdiyi məkana çevrilib. Sakinlər əllərinə keçəni bura atırlar. Nəticədə isə ətrafda antisanitar vəziyyət yaranıb.

Üstəlik, ərazidəki zibilliyi təmizləməyə çalışan stansiya əməkdaşlarının bu addımı vəziyyəti daha da mürəkkəbləşdirir. Yığılan tullantılar platformaya yaxın yandırıldığından ətrafi üfunət bürüyür.

Onu da qeyd edək ki, vağzalın ətrafı həm də azyaşlıların oyun meydançasıdır. Tovuz rayon dəmiryolu stansıyasının rəisi Əhməd Əhmədov saytımıza açıqlamasında bildirir ki, məsələnin ciddiliyini anlayır və ərazidəki tullantılar təmizlənib və platformadakı istifadəyə yararsız vaqonlar götürülərək, lazımi yerlərə göndəriləcək. Bundan sonra əraziyə polis əməkdaşları nəzarət edərək, bu kimi halların qarşısını alacaqlar.

Nihat Cəbrayıl

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1293
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."