www.sinerjipro.net

SinerjiProWide
Reklam

img1869474 (1)Partiya sədri: “Ərdoğanın fiziki məhvi gündəmdədir”
Qardaş Türkiyədə seçki prosesinin bitimi ilə bir çox kritikaların səngiyəcəyini düşünənlər yanıldılar – hər anlamda. Ələlxüsus da siyasi sabitlik kontekstində.

Ərdoğan əsrarəngiz fitnəsi ilə Qərb və bütün anti-Türkiyə qüvvələrinə növbəti badalağını atdı. Daha doğrusu onları fakt qarşısında qoydu: “Buyurun, istədiyiniz hökuməti qurun görək, necə qurursunuz” – deyə…

Oysa, HDP barajı keçmişdi. “Silahları qoyub, seçki ilə, səslə vuruşun” – mesajına sadəlövhcəsinə inanıb – barajı keçmişdi. “İmralıdan gələn təlimatın ilkin normativi ödəndi” – sevincinə qapılıb – barajı keçmişdi.

İndi isə real mənzərəyə diqqət yetirin: Kimsə HDP ilə koalision hökumətə “hə” demir. Deməz zatən. AKP-ni kürd simpatizanlığında bu qədər günahlandırdıqdan sonra həmin addımı necə atmaq olar? Mümkünsüz, təbii. Amma…elə uça-uça, qaça-qaça gedərdilər ki, buna. İctimai qınaq olmasaydı.

Ərdoğan isə məqsədinə varıb. O, çox gözəl anlayırdı ki, Qərb və Avropanın təzyiqlərindən, “Gəzi Parkı” olayı ilə başlayıb ta ailə biznesi sövdələşmələrinə, audio yazılara qədər irəliləyən saxta kəşfiyyat “piar”ından sığortalanmaq üçün səsləri mütləq şəkildə bölmək lazımdır. Amma necə?! Kiminlə?! CHP-mi olsun? Xeyr. MHP necə? O da xeyr. Bəs HDP? Hə, o olar. Hətta ən ideal variantdır bu.
Son bələdiyyə seçkiləri günü Ərdoğanın işlətdiyi “açar” fəndlərdən birini nəzəri-diqqətinizə çatdırmaq istəyirəm: Ankarada vəziyyət son ana qədər bərbad idi. AKP seçkini demək olar əldən vermişdi. Və…görün adam bu durumda neyləyir: Ankaranın hansı bölgəsində ki, ərdoğançıların qələbəsinə qətiyyən şübhə yox idi, orada işıqlar məqsədli şəkildə söndürtdürülür. Bütün dünya mediası, reportyor ordusu, minlərlə kamera və müxalif camiə də təbii olaraq həmin bölgəyə axışır. Şam işığında səslər tam şəffaf, heç bir kənar müdaxilə olmadan sayılır. AKP öndədir…
İşıqlı, fəqət diqqətsiz qalan yerlərdə isə qutular çox rahat şəkildə dəyişdirilir. Hansı ki, əslində AKP seçkini elə məhz həmin dairələrdə uduzmuşdu.

Yekun nəticə: Ədalət və Qalxınma Partiyası 1 faiz səs üstünlüyü ilə qalibdir!

İndi sual edirəm: Siyasi oyunbazlığı bu şəkildə bacaran Ərdoğan üçün HDP-ni “ofsayd”da saxlamaq çoxmu çətin olardı? Xeyr, təbii. Bir həmlədə bacarardı bunu. Sadəcə, mövcud durum CHP və MHP-ni yerində saydırmaq, üstəlik “hədiyyə” səsləri də kiminləsə paylaşmaq məcburiyyətini diktə edirdi. Belə bir vəziyyətdə isə HDP-ni meydana buraxmaqdan gözəl variant düşünülə bilməzdi.

Və…bütün bu sadaladıqlarımın ardınca “B” planı gəlir. O plan ki, yenə də son dərəcə sinxron dəqiqliklə hazırlanıb və növbəti mərhələdə Türkiyənin yeni seçkiyə getməsini şərtləndirir. Başqa cür desək: hökümətsizlikdən və yiyəsizlikdən bezən xalq səsini yenidən AKP-yə yönləndirir. İnsanlar “səhv”ini anlayır və öz rahatlığına, siyasi sabitliyə “hə” deyir.

Sırf ssenari gərəyi ilə.

Məcburiyyətdən.

***

İndi isə gələk “rahatlıq” və “sabitlik” məsələsinə: Şübhəsiz, Qərbin beyin institutlarında əyləşən və (guya) dünyanın “çözüm”ü ilə əlləşən ekspertlər Ərdoğana bu yemi rahatca yedirtməzdilər – heç yedirtmədilər də…
Ayrıca, kimsəyə sirr deyil ki, Suriya sərhədində İŞİD + kürd + türkmən qarşıdurması və Türkiyənin bölgəyə məcburi – hərbi müdaxiləsi Qərbin siyasi texnoloqlarının başının altından çıxan “əmma”dır. Qardaş ölkə uzunmüddətli müharibəyə sövq edilsin deyə. Türkiyə isə açıq döyüşə getmir. Amma duruma soyuqqanlı da yanaşa bilmir. Çünki kürdün sərhəd boyunca güclənməsi açıq təhdiddir. Və bir şəkildə məsələyə əl, ortalığa güc qoymaq lazım: Misal üçün, 24 saatlıq bombardman fonunda atılan lokal addımlar kimi…

Digər bir nüans: İŞİD-i qızışdırıb kürdün üzərinə salan Qərb avtomatik olaraq kürdün də müvazinətini və özünümüdafiə instinktini artırır. Və türkə doğru yönləndirir. Üstəlik, bu “incə” detallar ABŞ xüsusi xidmət orqanlarının mətbəxində elə bir peşəkarlıqla hazırlanır ki, real mənzərə ilə tam həmahənglik təşkil etsin. Məsələn, Türkiyənin Suriya sərhədinə qəfil müdaxiləsi ilə eyni anda kürdlərin kompakt yaşadığı Şanlıurfa (Suruç) kamikadze terroruna tuş gəlir və 32 nəfər həlak olur. Ya da Səlahəttin Dəmirtaşın PKK mövzusunda məsuliyyət məsələsi qabaran kimi AKP binasına bomba atılır…

Təsadüfdürmü? Yox, təbii. Fəqət, hansı anlamda? Onu araşdıraq:

Hər halda “dərin dövlət”in süni qarşıdurmaya, terrora ehtiyacı yoxdur. Ən azından indiki, yəni PPK ilə münasibətlərə sərin suyun səpilmiş olduğu məqamda. Amma baxın, Dəmirtaş nə deyir: “Türkiyə xüsusi xidmət orqanları bunu da elədi…”

Yaxşı, bəs Dəmirtaş qruplaşması necə, belə bir həssas dönəmdə AKP binasını bombalamaq kimi səfeh davranışa imza atarmı? Əsla! Mümkün deyil. Amma baxın, hadisədən dərhal sonra AKP-nin mətbuat xidməti hansı kəskin reaksiyanı verir: “HDP bütün bu cinayət əməllərinə görə cavab verəcək”

***

Qərb, sevmədiyi bütün dövlətləri – içindəki antoqonist qüvvələrlə bu şəkildə boğuşdurur və qarşı-qarşıya qoyur. Dəyişməz formatda. Ayrıca, əxlaqsız oyunlarını da milli metr dəqiqliklə hesablayıb son dərəcə yüksək “peşəkarlıq”la da icra edir.

Odur ki, Türkiyənin işi ağırdır. Bu dəfə gerçəkdən çox ağırdır. Çünki artıq müzakirə predmeti şəxsi prinsip məsələsidir. Üstəlik, Amerika bütün ideoloji arsenalını qardaş ölkənin üzərinə sarıb. Belədə isə Ərdoğan ya fiziki cəhətdən məhv edilməli, ya da postundan getməlidir. Eynən Səddam kimi. Başqa yol yoxdur. Qarşı tərəf AKP iqtidarı devrilincə dirəşəcək.

Estafet boyunca isə saysız-hesabsız terrorlar, səs-küylü qətllər və sui-qəsdlər qaçılmazdır(musavat).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."