www.sinerjipro.net

SinerjiProWide
Reklam

109166_res_01Ər-Riyad bunu öz mənəvi borcu hesab edir.

Səudiyyə Ərəbistanının höküməti Almaniyada Suriyadakı qaçqınlar üçün 200 məscidin tikilməsini təklif edib. Bu barədə Frankfurter Allgemeine Zeitung nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, rəsmi Ər-Riyad miqrantların hətta xaricdə islam dininə ibadət etməsinin təmin edilməsini öz mənəvi borcu hesab edir.

Səudiyyə Ərəbistanı məscidlərin tikintisini Almaniya höküməti ilə razılaşdırılacağına söz verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə, Suriyada müharibə başlayandan etibarən, suriyalılara ölkədə işləmək üçün icazə verən sənədin verilməsini dayandırıb.

2014-cü il ərzində Səudiyyə Ərəbistanı 561 qaçqın qəbul edib və 100 nəfərə sığınacaq verib.

BMT-nin məlumatına görə, bu ilin əvvəlindən Avropada qeyri-qanuni miqrantların sayı 378 min nəfəri keçib.

Proqnozlara əsasən, bu rəqəm yaxın iki il ərzində 850 min nəfərə qədər çatacaq. Təxmin edilir ki, miqrantların əsas hissəsi Almaniyada məskunlaşacaq (oxu.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."