Səudiyyə kralı xalqı qənaətə çağırır

Səudiyyə kralı xalqı qənaətə çağırır

Müəllif: resul

Editor

seudiDünya bazarlarında xam neftin və qazın qiymətlərinin hələ də aşağı səviyyədə qalması Səudiyyə Ərəbistanına çox ağır zərbələr vurub. Dünyanın ən böyük neft istehsalçısı olan bu ölkənin büdcəsi faktiki olaraq neft satışından əldə olunan gəlirlərdən formalaşır.

“Qara qızıl”ın ucuzlaşması nəticəsində bu il Səudiyyə Ərəbistanının büdcə itkiləri 97 milyard dolları keçib. Ölkədə sərt qənaət rejimi tətbiq olunur.

Yeniçağ.Az Milli.Az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı hökumətinin qərarı ilə ölkədəki dövlət qurumlarında çalışanların maaşları dondurulub. Ölkədəki iri infrastruktur layihələri və genişmiqyaslı tikintilər də dayandırılıb.

Lakin yaşananlar, deyəsən, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əziz əl Səudun vecinə deyil. 80 yaşlı kral əvvəllər olduğu kimi, süperlüks yaşam tərzindədir.

Məsələn, o, Mərakeşin Tanjir şəhərində nəhəng sarayının inşasına ayırdığı maliyyəni azaltmayıb.

İki vertolyot meydançası, 18 bina və sirk şapitosu boyda nəhəng çadırdan ibarət kompleksin ətrafında 1500 metr uzunluğunda hasar var.

Kompleksi Mərakeş Kral Qvardiyasının 30 zabiti qoruyur.

80 yaşlı kral yay aylarında burada dincəlmək niyyətindədir. Kompleksin yanında kralın 100 avtomobilinin saxlandığı qaraj da var.

Yeniçağ.Az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti