Yazı İçi 468×60

bicaq450Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə L.Mahmudova 19 il, S.Məmmədov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kamran Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin S.Məmmədov və L.Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S.Məmmədov K.Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K.Mahmudov isə bizneslə məşğul olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 13
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."