Yazı İçi 468×60

qetl181Bakıda qətl hadisəsi törədilib.

Bu barədə Trend-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 25-də Suraxanı rayonunun Südçülük Sovxozu ərazisində baş verib.

1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızının yaşadığı mənzilə gələrək onu qətlə yetirib.

Sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən A.Ağayev Suraxanı rayonu ərazisində avtomobili maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan A.Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."