www.sinerjipro.net

SinerjiProWide
Reklam

sevil3Bu gün mərhum prezident Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın doğum günüdür.

Üç övlad – bir qız, iki oğul anası olan S.Əliyeva 12 oktyabr 1955-ci ildə Bakıda anadan olub.

Sevil Əliyeva 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirib. 1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.

Sevil Əliyeva 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir. Bir çox musiqi əsərlərinin müəllifi olmaqla yanaşı 20-yə yaxın filmin bəstəkarıdır. 2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr etdiyi “Ze qaleri of Sevil” musiqi albomu təqdim olunub.

Bəstəkar, tarixşünas, tarix elmləri namizədi uzun illərdir ailəsi ilə birlikdə Londonda yaşayır.

Siyasətlə məşğul olmağı düşünmədiyi açıqlayan Sevil xanım Vətəndən uzaqda yaşasa da Azərbaycanla əlaqəsini heç vaxt kəsmir.

Sevil Əliyevanın bu fikirləri uzaqdan da olsa qardaşı İlham Əliyevi dəstəklədiyini göstərir: “Azərbaycan prezidenti olan qardaşım, onun ölkə və Azərbaycan xalqının rifahı üçün atamın siyasətini davam etdirməsi ilə fəxr edirəm”.

“Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyasının fəxri prezidentidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."