!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sevimli şou”da əsas qıcıq yaradan aparıcı idi – MTRŞ

!Reklam – Yazi

mikkk7““Space” televiziyasında yayımlanan “Sevimli şou” proqramında aparıcı əsas qıcıq yaradırdı. O da hazırda verilişdən uzaqlaşdırılıb, bundan sonra verilişi başqası aparacaq”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

Aparat rəhbəri MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin “Sevimli şou”nun bağlanması haqda səsləndirdiyi fikirlərə də aydınlıq gətirib: “Verilişin adı əvvəl “Mikayılla sevimli şou” idi. Nuşirəvan müəllim də bunu nəzərə alaraq həmin fikri səsləndirib”.

T. Məmmədli qeyd edib ki, həmin verilişlə bağlı Şura tərəfindən “Space” televiziyasının rəhbərliyinə tövsiyələr verilib: ““Sevimli şou” verilişinə Şura tərəfindən bundan sonra da ciddi nəzarət olunacaq. “Space”, eləcə də digər telekanallarda baş verə biləcək qanun pozuntuları ilə əlaqədar bundan sonra da tədbir görüləcək”.

Qeyd edək ki, ötən həftə MTRŞ sədri N. Məhərrəmli “Sevimli şou”nun bağlanıldığını desə də, veriliş dünən efirə gedib. Lakin “Sevimli şou”nun aparıcısı qismində efirə Mikayıl Güləddinoğlu yox, Ramil adlı aktyor çıxıb.

www.yenicag.az

726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv