!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sevinc Cəfərzadə Azərbaycanda qadın futbolunun vəziyyətindən danışdı

!Reklam – Yazi

15556123_1174835952604482_1749250150_nAzərbaycanın xanımlardan ibarət futbol üzrə milli komandasının kapitanı Sevinc Cəfərzadə Yeniçağ.az-a müsahibə verib.

– Sevinc xanım, futbolçu karyeranız necə davam edir?

– Yaxşıdır. Həm “Fidan” futbol klubunda, həm də xanımlardan ibarət milli komandada çıxış edirəm. Güclü məşqlərimiz davam edir.

– Adətən, sosial şəbəkələrdə məşq zallarında idman edərkən videolar paylaşırdınız. Son vaxtlar şəxsi məşqlərə ara vermisiniz deyəsən? O paylaşmalar gözə dəymir.

– Düzdür, bir müddət məşq zallarındakı şəxsi məşqlərimə fasilə vermişdim. Amma tezliklə, əvvəlki fiziki durumumu qaytaracağıma inanıram.

– Sizin üçün “kişiləri belə qısqandıracaq əzələləri var” fikrini ifadə etməyimiz yerinə düşər. Maraqlıdır, bəs sizin üçün güclü olmaq nə deməkdir?

– Bu həyat mübarizə tələb edir. Həm fiziki, həm də mənəvi cəhətdən güclü olduğumu biləndə özümü güvəndə hiss edirəm. Əgər idmanla məşğulsansa güclü olmaq mütləqdir. Bu gücü qazanmaq üçün də iradəli və çətinliklərə dözüb addımlamaq lazımdır. Yəni əziyyət çəkib, tər tökmək lazımdır ki, bəhrəsini görə biləsən.

– Çoxdandır futboldasınız. Bəs məşqçi olmağa can atmırsız?

– Hələ ki, yox. Amma müəyyən müddətdən sonra, gələcəkdə yəqin ki, bu barədə düşünərəm. Onu zaman göstərər.

– Milli komandadakı yoldaşlarınızdan ölkə xaricində çıxış edənlər var. Bəs siz bu barədə düşünmürsünüz?

– Çox sevindiricidir ki, bizim qızlarımız digər ölkə klublarında da oynayır. Hər kəs kimi mən də istəmişəm ki, xaricdə oynayım. Yəqin ki, hələ xaricdə çıxış etmək qismətim deyil. Düzdür, təkliflər olub. Məsələn, elə Almaniyanın “SV Böblingen” klubunda baxışda oldum, ilk məşqlərdə də komandaya seçildim. Sadəcə, bəzi çətinliklərə görə qayıtdım. İndiki ağlım olsaydı qalardım. Amma mənim üçün əsas milli komandadır.

– Həmkarınız Aysun Əliyeva zədəli rəqibini kürəyində daşımaqla Türkiyədə diqqət çəkdi. Sizin də başınıza belə bir hadisə gəlibmi?

– Onunla milli komandada bir yerdəyik. Aysun çox yaxşı qızdır, həm də çox yaxşı futbolçudur. O, həqiqətən də xaricdə oynamağa layiqdir. Onun hər cəhətdən çox gözəl potensialı var. Zədəli rəqibə etdiyi jest isə yaxşı oyunçu olduğunu və onun haqqında dediyim sözlərin bir növ təsdiqini tapır. Əlbəttə, mən də belə hallarla rastlaşanda köməyimi əsirgəmirəm.

– Millinin baş məşqçisi Patrisiya Qonzales postunu tərk etdi. Bəs indi kimin rəhbərliyi altında çalışırsınız?

– Baş məşqçimiz Vüqar Əsgərovdur. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm. Patrisiya Qonzales gedəndən sonra demək olar ki, məşqlərimiz dayanmayıb. Hər iki məşqçidən çox şey öyrənmişik, öyrənirik də.

– Siz son vaxtlar əməkdar artist, müğənni Samira xanımla bağlı tez-tez sosial şəbəkələrdə paylaşmalar edirsiniz. Samira xanımla yaxından tanışlığınız necə yaranıb?

– Samira xanım mənə həm idmanımda, həm də şəxsi həyatımda çox dayaq durub. Onun insanlığına heyranam. Samira xanım bütün idmançılara dəstəyini həmişə göstərib, həmçinin də mənə …

Onu bu qədər yaxından tanıdığım üçün özümü çox şanslı hiss edirəm. Bundan əlavə qardaşımla mən Samira xanımın uşaqlıdan fanatı olmuşuq. İş elə gətirib ki, indi biz həyatda da bir-birimizi tanıyıb, doğmalaşdıq.
Heç vaxt məni idmandan küsməyə qoymur, daim məni motivasiya edir. Bəzən özü ilə məşqlərə aparır. Ona hörmətim böyükdür. Samira xanım mənim üçün çox böyük insandır.

– Samira xanım, sizi meydanda izləməyə gəlib?

– Bəli, klubdakı oyunumda gəlib izləyib. İnşallah, millidəki çıxışım zamanı da gələcək. Samira xanım idmanı bəzi idmançılardan belə çox sevir.

 

Aygün İlqarqızı

Yenicağ.Az

www.yenicag.az

5039
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv