!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sevindik Hətəmov Tahir Kərimovu niyə “vurdurur”? – Uğursuz 100 gün

!Reklam – Yazi

yhjjjArtıq neçə müddətdir ki, müxtəlif vaxtlarda Salyan rayonunun sabiq başçısı Tahir Kərimovun adı mətbuatı bəzəyir. “Tahir Kərimovu həbs edəcəklər”, “Tahir Kərimovun villası”, “Tahir Kərimov Salyanı nəzarətində saxlayır”, “Tahir Kərimovla bağlı yoxlama aparılır” və bu tipli başlıqlar hamımıza tanışdır.

Əvvəla, uzun illər “Caspian Fiş” kimi böyük şirkətdə məsul vəzifə tutmuş, daha sonra da iki mühim rayonun başçısı olmuş birinin villası olmayacaq da, kimin olacaq? Belə ki, Azərbaycan reallığında T.Kərimovun villasının olmaması qəbahət sayılır, nəinki olması.

Bəs Tahir Kərimovun adı niyə medianın gündəmindən düşmür? Maraqlıdır ki, icra başçısı vəzifəsində olarkən, bu qədər haqqında tənqidi material dərc olunmayan T.Kərimov sabiq başçı olaraq, gündəmdədir. Onunla eyni qədəri yaşayanlardan fərqli olaraq, Salyanın sabiq başçısı heç bir aktivlik göstərmədiyi, məmur terminologiyası ilə desək, sakitcə dövlətin onunla bağlı hansı qərar verəcəyini gözləsə də, rəqibləri susmaq bilmir.

Araşdırmalar göstərir ki, Tahir Kərimovun əleyhinə yazılan məqalələrin ilk iki-üç mənbəsi  Yardımlıya uzanır. Belə ki, Salyanın indiki başçısı Sevindik Hətəmovun o rayonun rəhbəri olarkən müntəzəm əməkdaşlıq etdiyi media qurumları T.Kərimovun əleyhinə çalışırlar. Həmin saytların qısa analizi zamanı açıq-aydın görünür ki, S.Hətəmov əleyhinə bir cümlə verməyən, fəqət onun rəhbərlik etdiyi rayonların press-relizlərini yayımlayan media qurumları T.Kərimova qarşı “od püskürürlər”.

Bəs bunun arxasında nə dayanır? Yerli mənbələr deyir ki, Yardımlı kimi kiçik rayondan Salyana təyin olunan S.Hətəmov burada işləri necə qurmaq barədə ciddi sıxıntı yaşayır. Rayonda görmək istədiyi işlərin bir çoxunun Əliağa Hüseynov və Tahir Kərimov tərəfindən illər öncədən reallaşdırıldığını görən icra başçısı ciddi “diskomfort”a düşüb. O, günlərlə fikirləşdiyi ideyaların müavinləri tərəfindən “Sevindik müəllim, biz onu 2012-ci və ya 2014-cü ildə etmişik” deyə, rədd edilməsi ilə barışa bilmir. Bundan başqa rayonda ciddi nüfuz sahibi olan özündən əvvəlki iki başçının avtoriteti qarşısında əzilir. Ə.Hüseynov deputat olduğundan hazırda işsiz olan T.Kərimova “hücum edərək” acıq çıxır.

Təyin olunduğu 100 gün ərzində heç bir ciddi irəliləyişə nail olmadığından Tahir Kərimovu gözdən salmaqla, rayona “qurtarıcı” olaraq, gəldiyi mesajını birilərinə media üzərindən vermək istəyir.

Bunun üçün də davamlı olaraq, Tahir Kərimov əleyhinə xəbərləri eşidirik. Baxmayaraq ki, bir sıra ağsaqqallar bu yolun heç də doğru olmadığını onun diqqətinə çatdırıblar. O da iddia olunur ki, S.Hətəmov mediada sələfi əleyhinə səs-küy salsa da, rəsmi olaraq, müraciət etmək üçün heç bir sənəd tapa bilmir. Baxmayaraq ki, bu halın özünün də düzgün olmadığı dəfələrlə Sevindik Hətəmova çatdırılıb.

Qısacası, icra başçısı isə öz uğursuz 100 gününü ört-basdır etmək üçün sələfini hədəf seçib…

Yenicag.az

www.yenicag.az

1434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv