Sevindik Hətəmovdan AZƏRBAYCAN BAYRAĞINA hörmətsizlik

Müəllif: Baş Redaktor

Baş Redaktor

1459105423_3Bu yaxınlarda Salyan rayonuna icra başçısı təyin olunmuş Sevindik Hətəmov prezidentin fərmanının mürəkkəbi qurumamış bayrağımıza hörmətsizliyi ilə gündəmə gəldi. Bəlkə də Sevindik müəllim Salyanın mərkəzindən tərsinə asılmış bu bayrağı Qaradağda daş karxanasındakı motoru tökülmüş hansısa KAMaz maşınından sallanmış mazutlu əski parçası zənn edir…Amma və lakin…

Azərbaycanda Dövlət bayrağına sayğısızlıq icra başçısı səviyyəsində olanda amma və lakinlər adamın beynini parçalayır. Salyan rayonun duz ortasında rast gəlinən bu fakt, bayrağımızın tərsinə asılması kimin və nəyin marağına xidmət edir, bax bu sual da elə Sevindik Hətəmova ünvanlanır. Beləki rayonun mərkəzi küçələrinin birində asılmış tərsinə dalğalanan Dövlət bayrağının FOTOSU…diqqətlə baxın:

1459064557_3

Salyanda bayraq biabırçılığı – Tərs asılan bayrağı Sevindik Hətəmov görmür deyəsən…

Millətin ruhu o bayraqdir!! Millətin qeyrəti o bayraqdir! Bayraq dövlətimizin səmasında dalğalanan şəhidlərin ruhudur…

Konstitusiyaya görə hörmət olunası üç atributdan biri də məhz bayraqdır! Yenə də amma və lakin… bunu uzatmaq da olar…amma görünür bu gün Salyanın düz ortasında tərsinə dalğalanan bayrağın Sevindik Hətəmova aidiyyatı yoxdur… /miq.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır