Sevindik Hətəmovun QOYUN müharibəsi- Salyanda qoyun RƏZALƏTİ +VİDEO

Sevindik Hətəmovun QOYUN müharibəsi- Salyanda qoyun RƏZALƏTİ +VİDEO

Müəllif: Redaktor

Baş Redaktor

1464940920_400734647Miq.az-ın redaksiyasına Salyan rayonundan olduqca maraqlı məlumat daxil olub. Salyanı QOYUN MÜHARİBƏSİ ağuşuna alıb.

Rayon rəhbəri Sevindik Hətəmov islahata qoyunlardan başlayıb. Bazarı şəraiti olmayan əraziyə köçürərərək, dolanışıgı burdan çixan kasıblara, şəhid ailələrinə, Qarabağ qazilərinə qənim kəsilib.

Salyanda “Qoyun bazarı” uğrunda əsl nüfuz müharibəsı davam edır. Miq.az-a daxil olan şikayət məktubunda bildirlir ki, müharibə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəisi Mehman müəllim öz adamlarını bura nəzarətçi təyin edəndən sonra başlayıb. İdarə rəisi başçıya hər ay 40 000 manat qazanc verəcəyinə vəd versə də, 1-ci həftədə cəmi 1000 manat qazanc olduğunu görüb. Nəzərə alsaq ki, bazar həftənin iki günü olur, bu da 4 həftədə cəmisi 4 000 manat pul təşkil edir.

Vəziyyətin dramatikləşməsini görən icra başçısı Sevindik Hətəmov qoyun bazarınını Salyan rayonundan Milli Məclisə depuat seçilmiş Əliağa Hüseynova verib.

Miq.az-a daxil olan məktubda qeyd olunur ki, deputat Əliağa Hüseynov gələn gəlirin azlıgı ilə kifayətlənməyıb hər dəfə rəhbərliyi dəyişsə də, nəticə yenə də ürəkaçan olmayıb. Sonucda hər dəyişən rəhbərlə köhnələr arasında müharibə hətta düşmənçilik səviyyəsinə qalxıb.

Bundan qəzəblənən Sevindik Hətəmov “islahat”lara gedib. Başçının “islahat”ları aşağıdakı kimi olub:

1-ci rəhbər- Salahaov İbadət- vəzifəsi pullları toplamaq.

2-ci rəhbər- vəzifəsi Əliağa Hüseynovun rayondakı biznesinin və rayon ictimai iaşə idarəsinin müdiri -vəzifəsi qoyunların giriş-çıxışına uyğun vəsaiti təhlil edib yoxlamaq.

3- cü rəhbər- Başçısının 1-ci müavini Etibar Hüseynov – vəzifəsi Elşad bəylə müsahibat uçotunu apararaq, toplanan vəsaiti kassaya mədaxil etmək.

Miq.az-a şikayət məktubu göndərən Qarabağ əlili onu da qeyd edir ki, aparılan qara muhasibatlıgın mədaxil olunduğu kassa da məhz icra hakimiyyətinin ikinci mərtəbəsində yerləşir.

Məktubda o da qeyd olunur ki, Salyanda adıçəkilən bazarı keçmiş icra başçısı Tahir Kərimov Qarabağ qazilərinə, şəhid ailələrinə və kasıb təbəqənın sosial rifahlarının yaxşı olması üçün təmənnasız ayırmışdı. Və eks başçının işlədiyi müddətdə bazardan evlərinə qazanc aparan kasıb zümrənin nümayəndələri heç kim tərəfindən incidilməyib. Əksinə, hətta qonşu rayonlardan da buraya alış-veriş etmək üçün insanlar maneəsiz üz tutub.

P.S Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 mart 2016-cı il tarixli sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Sevindik Hətəmovun qarşısında ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevrilib. Müasir dövrdə böyük bir rayonun rəhbərinin qoyun biznesi ilə məşğul olması utancverici və gülüş doğuran hadisədir. Şikayət məktubunu araşdırdıqca, yadımıza məşhur “Yol əhvalatı” filmi düşür. Görünür, Qurbandayilardan ayrılmağın əsl məqamıdır…

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

https://youtu.be/1igxuCelamg

Araşdırma, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti