rrr07Misirin Sinay yarımadasında fəaliyyət göstərən “Vilayəti Sina” qruplaşmasının üzvləri tanınmış sufi şeyxi Süleyman Əbu Hərrazı edam ediblər.

Publika.az TASS-a istinadən xəbər verir ki, terrorçular yaşı 100-dən çox olan şeyxi Əl-Əriş şəhərindəki evinin qarşısına çıxarıblar və dizi üstə çökdürərək başını kəsiblər.
“Əl-Ərəbiyyə” telekanalı edam səhnəsinin əks olunduğu bəzi şəkilləri yayımlayıb.

Bölgədə sufizm təriqətinin rəmzi hesab edilən Süleyman Əbu Hərraz Sinay yarımadasında böyük nüfuza malik dini rəhbər olub.

Qeyd edək ki, Şimali Sinay bölgəsində baş verən terror aktlarının əksəriyyətini “Vilayəti Sina” qruplaşması törədib. “Vilayəti Sina” üzvləri 2014-cü ildə İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqət andı içərək, qruplaşmanı İŞİD-in Misirdəki qolu elan ediblər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."