Şeyxin oğlu atasının qəzəbinə tuş gəlib? – Qalmaqallı şahzadə

Müəllif: Redaktor

Editor

98398Xəbər verdiyimiz kimi, İran mətbuatı BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun böyük oğlunun vəfatı ilə bağlı maraqlı iddia irəli sürüb.

Rəşid bin Məhəmməd Əl Maktoum əslində ürək tutmasından dünyasını dəyişməyib. O, Yəməndə gedən hərbi əməliyyatlar zamanı öldürülüb.

Rəşid bin Məhəmməd Əl Maktoumun ölümü bir neçə gündür dünya mətbuatının ən müzakirə olunan mövzusuna çevrilib.

Şahzadənin həyatına nəzər salsaq onun kifayət gədər qalmaqallı bir şəxs olduğunda əmin olarıq.

Rəşidin uşaqlıq və yeniyetmə dövrü haqda məlumat çox azdır. Rəşid – Dubay əmiri və onun ən böyük və əsas həyat yoldaşı hesab edilən Xint bin Maktumun böyük oğlu olub.

Dubayda əmir Rəşid adına oğlanlar üçün nəzərdə tutulan məktəbdə ilkin təhsilini başa vuran Rəşidi atası ali təhsil alamaq məqsədi ilə Böyük Britaniyaya – Sandhurst kral hərbi akademiyasına göndərib.

Rəşid ibn Məhəmməd atasının davamçısı olmağa hazırlaşırdı; Dubayın Əmiri Şeyx Məhəmməd bütün dövlət işlərini və bir çox iqtisadi idarə layihələrini ona etibar edirdi.

Lakin 2008-ci il fevralın 1-i hər şey gözlənilmədən dəyişdi. Dubayın varisi Şeyx Məhəmmədin kiçik oğlu, Rəşidin qardaşı Şeyx Həmdan bin Raşid Əl Maktum elan olundu.

Onun kiçik qardaşı Dubayın Baş naziri müavini vəzifəsinə təyin olundu. Əmirin böyük oğlu isə rəsmi olaraq, taxtacdan imtina etdikdən sonra onun üçün Dubayda ümumiyyətlə vəzifə tapılmadı.
Bu hadisəni heç də gözlənilməz deyildi. Şeyx Hamdanın atasının yanında daha tez-tez nəzərə çarpması və mətbuatda mütəmadi olaraq onun haqqında yazıların yer alması Rəşidin artıq varislikdən uzaqlaşmasına bir işarə idi.

Çox keçmədi ki qalmaqallı “Vikiliks” nəşrində müəmmalı məsələyə aydınlıq gətirildi. Beləki nəşrin dərc etdiyi məxvi sənədlər arasında ABŞ baş konsulunun məktubunda əmirliyin varisliyində dəyişikliyin baş verdiyi qeyd olunurdu. Uilyams məktubunda yazıb ki “Rəşid əmirin sarayda işçilərdən birini öldürməkdə günahlandırılır. Bu hadisə əmirin qəzəbinə səbəb olub və o oğlunun varisliyi haqda sənədə yenidən baxmağa qərar verib”.

Yeni varis şəhzadə Hamdan tez bir zamanda mətbuatın sevimlisi olub. Hamdan bin-Rəşid Əl-Maktum dayver və paraşutçu , şahin ovununun həvəskarı, öz heyvanxanasında ağ pələng və şir saxlayan Şeyx Hamdan Fazza təxəllüsü ilə şeir yazır. Şəhzadə öz dəbdəbəli həyatını instagram səhifəsində aktiv şəkildə paylaşır.

Bu yaxınlarda Azərbaycana da səfər edən şəhzadə ölkəmizdə təklif edilən VİP turizmin imkanlarından geniş faydalanıb.

Həmçinin Hamdan öz xeyriyyə kampaniyaları ilə də çox məhşurdur. Belə ki o, əlil , imkansız uşaqlara daimi maddi yardım edir. Bununla yanaşı o həm də ən çox qibtə oyadan bəylərdən biridir. Hamdana heyran olan pərəstişkarlar ona “Ələddin”adı veriblər.

Bu fonda onun böyük qardaşı onla müqaisədə çox sönük qalırdı. Rəşidin 2 milyonu sərvəti qarşısında Hamdanın 18 milyon dolları çox cılız görsənirdi.

Lakin bütün bu baş verənlər heç də Dubayın birinci ailəsinin nüfuzuna xələl yetirməyib. Ailə öz istər mətbuatda istər sə də sosial şəbəkələrdə reklamı üçün milyonlarla dollar pul xəcləyir . Rəşidin “facebook” səhifəsində yazılan şərhlərdən belə qənaətə gəlmək olar ki bir çox insan, həmçinin dünyanın ən kasıb ölkələrindən belə olanlar Dubay əmirinin böyük oğlununun ölümünü şəxsi faciəsi kimi qəbul edir(ans).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir