!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Shopping Festival” 60 milyon gəlir gətirəcək - Nazirdən açıqlama - EKSKLÜZİV

!Reklam – Yazi
““Shopping Festival”la bağlı hazırlıq davam edir. Bu, Azərbaycan üçün yeni bir layihədir. Əsas məqsəd Azərbaycanda turizmin inkişafına təkan vermək, həm də ticarət sistemində yeniliklərin tətbiq olunmasından ibarətdir.”
Bu sözləri Yeniçağ.az-a aprelin 10-da “Shopping Festival”da təşkil olunan mədəni tədbirlərin keçirilməsi ilə bağlı danışarkən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev söyləyib. Nazirin sözlərinə görə, festival zamanı təkcə alış-veriş deyil, müxtəlif mədəni layihələr də həyata keçiriləcək:
“Bu, çox möhtəşəm bir festival olacaq. Ciddi hazırlıq işləri görülür. Ümumi ticarət və turizmin stimullaşması ilə yanaşı, ildə iki dəfə mövsümi ticarət festivalının keçirilməsi Azərbaycanın dövlət büdcəsinə təxminən 50-60 milyon manat əlavə gəlirlər gətirəcək. Azərbaycanda bu festival ilk dəfədir ki, keçirilir və hansısa çətinliklərin ortaya çıxacağı danılmazdır. Amma təcrübə olmadan nəaliyyət əldə etmək mümkün deyil. Düşünürük ki, aprel ayında keçiriləcək bu festivalı elə İslam oyunlarına qədər uzadaq. Turizm daim işləməlidir, turistlərə xidmət göstərməli və onların ölkəyə cəlb olunması üçün müxtəlif formalarda festivallar təşkil edilməlidir”.
Nazir həmçinin qeyd etdi ki,  festivalda bir neçə əcnəbi müğənnilərin iştirakı ilə konsert proqramları da təşkil olunacaq:
“Bütün “Shopping” mərkəzlərində və iri alış-veriş məkanlarında şənbə-bazar günləri, bəzən də həftə ərzində bir neçə konsertlər olacaq. Festivalın rəsmi açılışı aprelin 10-da Heydər Əliyev Sarayında böyük təntənə ilə keçiriləcək”.
Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv