Yazı İçi 468×60

vfgfgfgBu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən bəri ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb.

Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Şuşaya doğru – ShushaPost.az” layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində ShushaPost.azsaytının təqdimatının keçirilməsi nəzərdə tutulub.

“Şuşaya doğru – ShushaPost.az” layihəsinin ilk təqdimatı Avropa Gənclər Paytaxtı Gəncə şəhərində keçirildi. Tədbiri giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq ev sahibi kimi qonaqları salamladı. M.Cəfərov son illər Gəncədə aparılan uğurlu gənclər siyasətindən danışdı: “Bugün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir və bu siyasətdə Gəncə gənclərinin xüsusi rolu var”

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov çıxış edərək layihənin məqsədindən danışdı: “Biz bugünə qədər bu istiqamətdə bir çox layihələr həyata keçirmişik. Lakin Dağlıq Qarabağ münaqişəsi ərafında baş verən prosesləri daha sistematik şəkildə və bir neçə dildə gənclərə çatdırmaq zərurətinin yarandığını əsas tutaraq “Şuşaya doğru – ShushaPost.az” layihə təklifini Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etdik. Bizim təşəbbüsümüzü dəstəklədiyinə görə Fondun rəhbərliyinə və komissiya üzvlərinə təşəkkürümü bildirirəm ”. Layihə çərçivəsində nəzərdə tutulan saytın artıq fəaliyyət göstərdiyini deyən S.Abbasov twitter və facebook-da xüsusi qrupların və haştagların yaradıldığını dedi: “Biz İKT-nin bütün mümkün imkanlarından istifadə edərək münaqişə ətrafında baş verən prosesləri dünya ictimaiyyətinə çatdıracağıq”
Sonra Azərbaycan Gənc Alim, Aspirant və Magistrantlar Cəmiyyətinin sədri İlqar Orucov çıxış edərək elm adamlarının potensialından bu istiqamətdə istifadə olunmasının zəruriliyindən danışdı.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü və katibi Nərgiz Xələf isə gənclərin inteqrasiya proseslərində fəal iştirakının vacibliyini vurğuladı. N. Xələf gənclərin informasiya savaşında aktivliyinin vacib olduğunu dedi.
Sonra Azərbaycan Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynova çıxış edərək ölkədə həyata keçirilən Gənclər Proqramı çərçivəsində Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı xüsusi layihələrin reallaşdırıldığını dedi.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli isə çıxışında Şuşa ilə bağlı ölkədə bir sıra mühüm layihələrin həyata keçirildiyini bildirdi.

Tədbirdə daha sonra Gəncliyə Yardım fondunun vitse-prezidenti Salman Əliyev çıxış edərək gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyindən danışdı.

Sonra layihə çərçivəsində internet mediada fəal olan bir sıra gənclərə sertifikatlar təqdim olundu.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."