Yazı İçi 468×60

sirketslide_0022Azərbaycanın sığorta şirkəti müflis elan olunub.

Trend-in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” Acıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, iflas proseduruna başlanması qərara alınıb.

Həmin məhkəmənin 12 oktyabr 2016-cı il tarixli qərarına əsasən sığortaçının ləğv etmək komissiyasının tərkibi də müəyyən edilib.

ASC-yə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın birinci dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəklində təqdim etməlidirlər.

Qeyd edək ki, “Alfa Sığorta”nın icbari sığorta müqavilələri və öhdəlikləri qüvvədədir və yaxın müddətdə bu öhdəliklər İcbari Sığorta Bürosuna ötürüləcək. ASC-nin könüllü sığorta müqavilələrinə və təkrarsığorta müqavilələrinə isə “Müflisləşmə və iflas haqqında” qanunun tələblərinə uyğun olaraq xitam verilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."