8c16eff22364a3649163489889579692Şirvan şəhərində baş verən silahlı insidentlə əlaqədar məhkəmənin qərarı ilə iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, noyabrın 5-də gecə saat 23.00 radələrində baş verən silahlı insidentlə əlaqədar iki nəfər şübhəli şəxs qismində tutulub. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri – 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu 4 ay və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, H.Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.

Məlumata görə, istintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev “Makarov” tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E.Nəciyev Şirvan şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər Xəstəxanasının ərazisində tapılıb(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."