“Silahlı qüvvələrdə baş verən intiharların sayı azalıb” - Hərbi prokuror

Müəllif: Redaktor

Editor

“İntihar təkcə hərbi hissələrdə, təkcə Azərbaycanda yox, dünyanın hər yerində baş verir. Amma çox gözəl nəticədir ki, ildən ilə Azərbaycanın silahlı qüvvələrində və təkcə Müdafiə Nazirliyində deyil, digər silahlı birləşmələrdə də baş verən intiharların sayı azalmaqda davam edir”.

Bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. O, bildirib ki, intiharın müxtəlif səbəbləri olur: “Bəzən hərbi xidmətlə bağlı məsələlər də ola bilər. Bəziləri hərbi xidmətin gərginliyinə dözə bilmir, nizamnamə ilə tələb olunan hərəkətləri eləmir, bir-birlərinə qarşı nizamnamədən kənar qanunsuz hərəkətlər törədirlər. Bəzilərində isə ailə məişət məsələləri ilə bağlı və ya şəxsi sevgi münasibətləri ilə bağlı olur. İntihar hadisəsi, ümumiyyətlə, ölümlə nəticələnən hər bir hadisə hərbi prokurorluq tərəfindən qeydə alınır və cinayət işi başlanır, istintaq olunur. Hadisədə hər hansı şəxsin günahı müəyyən olunursa o, cinayət məsuliyyətinə cəlb edilir”.

Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir