!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şimali İraqa embarqo "Palmali"yə təsir etməyəcək" - Mübariz Mənsimov

!Reklam – Yazi

“Türkiyə investisiya qoymaq üçün ən uyğun ölkələr sırasındadır. Boğazdan gün ərzində 20-30 Palmali gəmisi keçir.”

Yenicag.az xəbər verir ki bu sözləri “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov söyləyib. Onun sözlərinə görə, gəmiçilik, turizm və inşaat sahəsində Türkiyəyə 1,5 milyard dollardan çox sərmayə qoyulub.

Mənsimov Şimali İraqdan heç vaxt neft daşımadıqlarını söyləyib:

“Şimali İraqla heç vaxt əməkdaşlıq etməmişik. Buna görə də, Şimali İraqa tətbiq olunan embarqo bizə təsir etməyəcək.”

Həmçinin iş adamı əlavə edib ki, onların əsas işi dənizçilikdir, bu məqsədlə də ABŞ-da və Avropadakı layihələri yaxından izləyirlər.

Türkiyəyə sərmayə qoymağın əlverişli olduğunu vurğulayan Mənsimov dənizçilik sahəsində “Palmali”nin əhəmiyyətli mövqedə dayandığını bildirib: “BP, Shell, otal, Greencore, Rosneft kimi şirkətlərlə çalışırıq. Dənizçilik sahəsində dünya səviyyəli şirkətlərin siyahısında ilk beşlikdəyik.”

www.yenicag.az

1849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv