www.sinerjipro.net

SinerjiProWide
Reklam

63154Şimali Koreya ABŞ kimi “qanqster”lə bir araya gəlməyəcəyini bəyan etməklə yanaşı Vaşinqtonu müharibə ilə təhdid edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Şimali Koreya Müdafiə Komissiyası tərəfindən verilən açıqlamada ABŞ-ı ittiham edib: “İmperialist ABŞ kimi qanqsterlərin Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı hərbi strategiyası müharibə çıxaracaq səviyyəyə gəlib. Şimali Koreya ordusunun və xalqının buna cavabı ABŞ-a ən acı fəlakətləri yaşatmaq olacaq. ABŞ ərazisində görəcəyi ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir”.

Şimali Koreya lideri Kim Çen İnın istəyi ilə verildiyi ehtimal olunan açıqlamada ABŞ-ın Cənubi Koreya ilə ortaq hərbi təlimlərinin Koreya yarımadasını müharibəyə sürüklədiyi bildirilib. Və açıq mətnlə qeyd olunub ki, Şimali Koreya ideologiyasını yox etməyə və hakimiyyəti devirməyə çalışan ABŞ-la müzakirə masasına oturmağa nə ehtiyacları, nə də istəkləri var.

İki ölkə arasındakı onsuz da pis olan əlaqələr ABŞ-ın keçən ay “Soni” şirkətinə edilən kiber hücumlara görə Şimali Koreyanı günahlandırmasından sonra daha da gərginləşib. Həmçinin
ABŞ prezidenti Barak Obamanın yanvarın 22-də verdiyi müsahibədə Şimali Koreya rejiminin çökəcəyini söyləməsindən sonra Kim Çen In ona təhqirlə cavab vermişdi. Koreya lideri ABŞ-ı nüvə silahı ilə təhdid etmişdi.

Buna qədər isə ABŞ-la danışıqlara başlamağa “yaşıl işıq” yandıran Şimali Koreyanın görüşün öz ölkəsində keçirmək israrı danışıqların ləğv edilməsinə səbəb olmuşdu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 29
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."