!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Koreya qitələrarası ballistik raket hazırlamağa çalışır

!Reklam – Yazi

koreyaKoreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci ilə qədər qitələrarası ballistik raketi hazırlamağa çalışır.

Yeniçağ.Az Report-a istinadən xəbər verir ki, bu barədə KXDR-in 2016-cı ildə Böyük Britaniyaya qaçmış diplomatı Txe Yon Xo “Ryonxap” agentliyinə bildirib.

“Şimali Koreya ABŞ və Koreya Respublikasındakı seçkilərdən istifadə edərək, 2017-ci ilin sonu – 2018-ci ilin əvvəlinə qədər qitələratası raketlərin yaradılmasını başa çatdırmağı və ABŞ-a zərbə vurmağı qarşısına məqsəd qoyub” – deyə agentlik Koreya Xalq Demokratik Respublikasının Londondakı səfirliyinin keçmiş müşavir-diplomatının fikirlərindən sitat gətirib.

Eyni zamanda, yanvarın 1-də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da xalqa Yeni il müraciətində ölkəsinin qitələrarası ballistik raketlərin yaradılmasında sonuncu mərhələyə nail olduğunu açıq elan edib.

Yeniçağ.Az

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv