Şimon Peres dünyasını dəyişdi

Müəllif: Redaktor

Editor

F121014MA01-e1371463383132İsrailin sabiq prezidenti Şimon Peres 93 yaşında dünyasını dəyişib.

AzVision.az BBC-yə istinadla xəbər verir ki, sabiq prezident Tel-Əvivdəki xəstəxanalardan birində vəfat edib.

İki həftə əvvəl qəfil iflic keçirən Peres Şeba Tibbi Klinikasının reanimasiya bölməsində müalicə alırdı. Onun səhhəti ötən gündən etibarən pisləşməyə başlayıb.

Qeyd edək ki, Ş.Peres Fələstin problemi ilə əlaqədar sülh danışıqlarındakı fəal roluna görə 1994-cü ildə Nobel sülh mükafatına layiq görülüb.

Şimon Peres sentyabrın 30-da dəfn olacağı bildirilir. İsrail televiziyasının məlumatına görə, prezidentlə dövlət səviyyəsində vida mərasimi sentyabrın 29-da keçiriləcək.

Peresin vəfatı ilə bağlı Təl-Əvivin Ben-Qurion beynəlxalq hava limanı xüsusi iş rejiminə keçib. Hava limanında dəfnlə bağlı İsrailə səfər edəcək dövlət başçıları, jurnalistlər və başqa qonaqlarını qəbul etmək üçün tədbirlər görülüb.
Qeyd edək ki, hazırda yəhudilərin Roş a-Şana – Yeni il bayramı ərəfəsidir.

Sentyabrın 29-da bu münasibətlə Ben-Qurion hava limanından 90 min nəfərin istifadə edəcəyi gözlənilir.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır