!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Siqaret çəkən və spirtli içki içən kişi ilə birlikdə olma”

!Reklam – Yazi

irina-sheykMəşhur model İrina Şeyk yeniyetməlik dövründə əkscinsin nümayəndələri tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Rus gözəli qeyd edib ki, uzun boyu, tünd rəngli dərisi və iri dodaqları olduğu üçün oğlanlar ona lağ edib:

“Heç vaxt şalvar geyinmirdim, həmişə ətək geyindiyim üçün mənə söz atırdılar. “Baxın, yenə hündürdaban ayaqqabıda gəzir” deyə söz atırdılar. Bunlar məni çox kədərləndirirdi”.

Məşhur futbolçu Ronaldo ilə 5 il birlikdə olan, hazırda aktyor Bradli Kuperin sevgilisi olaraq gündəmdən düşməyən Şeyk anasının “Əsla siqaret çəkən və spirtli içki içən kişi ilə birlikdə olma” tövsiyəsinə əməl etdiyini deyib.

Sevgilisi Kuperi spirtli içki qəbul etməyi tərgitdiyi üçün tərifləyən top model gündə 12 saatdan az yatanda əsəbi olduğunu da etiraf edib(qafqazinfo).

www.yenicag.az

844
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv