www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycanda yetkinlik yaşına çatmayanların tütün məhsullarını alması , satması və tütündən istifadə etməsi qadağan olunur. Bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda qeyd edilib.

Belə ki, yetkinlik yaşına çatmayanların tütün məhsulları alması, satması və ya onlara bu məhsulların verilməsi, tütün məmulatlarının hər hansı üsulla istifadənin təklif olunması və ya tütün istifadəsi prosesinə onların tələb yolu ilə cəlb edilməsi qadağandır.

Tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməklə imkan verən sənəd tələb edir.

Sənədlərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməlidir.

Qanun layihəsində qeyd edilib ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."