Sirri tapıldı

Sirri tapıldı

Müəllif: Manager

Baş Redaktor

06996451Sahara səhrası hələ qədimlərdən Yer kürəsində ən müəmmalı yerlərdən biri hesab olunur. Dünya alimləri onun yaranması haqqında baş sındırsalar da, indiyə kimi fikir birliyinə gələ bilməyiblər.

Norveçdən olan tədqiqatçılar isə ən böyük səhranın yaranması ilə bağlı öz nəzəriyyələrini irəli sürüblər. Belə ki, Norveç İqlim Tədqiqatları Mərkəzindən olan mütəxəssislər hesab edirlər ki, Sahara səhrası güman edildiyindən xeyli əvvəl yaranıb.

Mütəxəssislər Yer iqliminin yeni modelləşdirilməsini keçirirərək bu nəticəyə gəliblər ki, Sahara mezozoy dövründə mövcud olmuş qədim Tetis okeanının yerində əmələ gəlib.

Mütəxəssislərin hesablamalarına görə, bu qədim okean təqribən 7-11 milyon il əvvəl yoxa çıxmağa başlayıb. Bu, Afrika musson yağışlarının zəifləməsinə və onun rütubət axınının tropik Atlantikadan cənuba hərəkət etməsinə səbəb olub.

Alınmış nəticələrə əsasən, Tetis okeanı təqribən beş milyon il əvvəl tam yoxa çıxıb. Buna baxmayaraq, tükənməz görünən Sahara qumları göstərir ki, səhra, çox yəqin ki, əvvəllər hesab olunduğu kimi, iki və ya üç milyon əvvəl yox, yeddi milyon ilə yaxın bir dövrdə formalaşıb.

Sahara Afrika qitəsinin şimalında yerləşən ən böyük səhradır. Onun uzunluğu qərbdən şərqə 4,8 min kilometr və şimaldan cənuba 800 km-1,2 min kilometrdir; ərazisi 8,6 mln. kvkilometrdir ki, bu da Afrika qitəsinin 30 faizini təşkil edir və ya Braziliya ərazisindən bir qədər böyükdür.

Sahara əsasən qum və daşlı olsa da, bir növ səhra kateqoriyasına daxil deyildir.Qərbdən Atlantik okeanı, şimaldan Atlas dağları və Aralıq dənizi, şərqdən Qırmızı dənizlə əhatə olunub. Sahara ayrı-ayrılqda 10-dan çox dövlətin- Əlcəzair, Misir, Qərbi Sahara, Liviya, Mavritaniya, Mali, Mərakeş, Niger, Sudan, Tunis və Çadın ərazisinə düşür. Səhranın böyük hissəsi məskunlaşmayıb, oturaq həyat tərzi vahə rayonları, Nil və Niger çaylarının vadiləri ilə məhdudlaşıb. (big.az)

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti