www.sinerjipro.net

SinerjiProWide
Reklam

ae4265ea540aac6b7055bc6b228bf517 (1)46 saylı Şirvan və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairələri üzrə 12 məntəqədə “exit poll” keçirilir.

APA-nın  məlumatına görə, 46 saylı Şirvan Seçki Dairəsi (33 məntəqədə 40596 seçici) üzrə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı birgə 2 məntəqədə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 5 məntəqədə “exit poll” keçirməyə başlayıb.

58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi (48 məntəqədə 43910 seçici) üzrə ABŞ-ın “AJF & Associates İnc.” şirkəti 2, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 3 məntəqədə “exit poll” keçirir.

Qeyd edək ki, 46 saylı Şirvan Seçki Dairəsindən 6 nəfər, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən 7 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. Seçkiləri “online” rejimdə izləmək üçün dairələr üzrə 12 və 8 məntəqədə vebkamera quraşdırılıb.

780af335919ed1ffbbaa6c7e48bf2230 31411217b9dd8009d664c858676cdf39 adcbbcbed8e67cd7b576a2b223b20690 ae4265ea540aac6b7055bc6b228bf517 (1)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."