Kriminal avtoritet saxlanılıb – Azərbaycanda

Müəllif: Redaktor

Editor

narkotikŞirvanda kriminal avtoritetin üzərindən narkotik vasitə olan heroin götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Dövlət Yol Polisinin İdarəsinin (DYP) əməkdaşları Bakı şəhər sakini, S.Rəhimov küçəsi 14 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Mikayılov Vahid Qəzənfər oğlu idarə etdiyi “Kia Serato” markalı, 90 UN 616 dövlət nömrə nişanlı avtomobili Şirvanda saxlayıblar. Polis Şöbəsinə dəvət olunan sürücünün üzərinə baxış keçirilərkən ondan 33,778 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Əvvəllər dəfələrlə məhkum olunan, kriminal aləmdə “Sonanın nəvəsi” kimi tanınan V. Mikayılov ümumilikdə 20 il cəzaçəkmə müəssisələrində cəza çəkib. O, məşhur avtoritet “Lotu Bəxtiyarın” bibisi oğludur.

Faktla bağlı araşdırma aparılır.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır