www.sinerjipro.net

SinerjiProWide
Reklam

b4f566d288b9d0b65d6cb89f873f57a5Bu gün saat 11.00 radələrində Şirvan şəhəri Faiq Cavadov küçəsi-7 ünvanında fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Şirvan Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın iki qardaşa məxsus bitişik olan fərdi yaşayış evində qeydə alınıb.

Əvvəlcə adı çəkilən ünvanda Əkbərov Azər Yəhya oğluna məxsus evdə baş verən yanğın qardaşı Əkbərov Ədalət Yəhya oğluna məxsus evə də keçib. Yanğının söndürülməsinə Şirvan Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən avtomaşını və şəxsi heyəti cəlb olunub. Yanğın saat 12.26-da lokallaşdırılıb. Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Evin dam örtüyünün bir qismi, mətbəx və mənzil içəridə olan əşyalarla birlikdə, ümumilikdə isə 374 kvadratmetr mənzilin 48 kvadratmetri yanıb. Digər mənzillər və əşyalar yanğından qorunub. Yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır(apa).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 97
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."