!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyahını optimist və ədalətli hesab edirəm”

!Reklam – Yazi

b1b30e3c49e939119ab0da5c7c325dc3“Siyahını optimist və ədalətli hesab edirəm”

“Yeni Azərbaycan Partiyasının siyahısının sentyabrın 15-də açıqlanması qabaqcadan planlaşdırılmışdı”.

Bunu YAP-ın saytına müsahibəsində baş nazirin müavini, partiyanın sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədovun sözlərinə görə, bu, partiyanın seçki taktikasının tərkib hissəsi kimi nəzərdə tutulub: “Doğrudur, mətbuatda çox müxtəlif müddətlər səsləndirilirdi. Lakin onların heç biri əsaslı deyildi.

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı kifayət qədər sadədir. Ona görə də Yeni Azərbaycan Partiyasının namizəd siyahısının sentyabrın 15-də açıqlanması gec sayıla bilməz. İrəli sürülən bütün namizədlərin qeydə alınması üçün kifayət qədər vaxt var”.

YAP-ın siyahısını qiymətləndirən Ə. Əhmədov hər şeydən əvvəl siyahını optimist və ədalətli hesab etdiyini vurğulayıb: “Bu siyahı partiyanın özünə inamını və daxili monolitliyini ifadə edir. Mən açıqlanmış siyahımızı perspektiv planda şanslı hesab edirəm.

Elan edilən siyahı ilə ilk növbədə Yeni Azərbaycan Partiyası özünün deputat korpusundan razılığını ifadə edib. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyəti həm partiyanın, həm də seçicilərinin etimadını doğruldublar. Yəqin ki, partiyanın deputatlarından bir neçəsinin icra strukturlarında vəzifəyə təyin olunması və beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilməsi səsləndirdiyim fikrin təsdiqi üçün yetərlidir.

Bununla belə, siyahıda kifayət qədər yeni sima da var. 2010-cu il parlament seçkilərində partiyamız 72 mandat qazanmışdı. 2015-ci il seçkilərində isə biz 117 dairə üzrə namizəd irəli sürmüşük. Gördüyünüz kimi, yeni simaların irəli sürülməsinə kifayət qədər imkan vardır və həmin imkandan ən faydalı şəkildə istifadə etməyə çalışmışıq”(APA).

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv