Yazı İçi 468×60

cms-image-000014817“Azərbaycanın müstəqilliyinin ilk illəri ölkəmiz üçün çox ağır oldu. Ona görə ki, həmin dövürdə rəhbərlikdə olan Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti Azərbaycana çox böyük ziyan vurdu”.   Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vaxtında ulu öndər Heydər Əliyev hakimiyyətə gəlsəydi, yəni o dövürdə hakimiyyətə qayıdışı baş tutsaydı Azərbaycanın bu qədər ərazi itkisi də baş verməzdi və Azərbaycan istər sosial-iqtisadi, istərsə də digər sahələrdə daha geniş şəkildə inkişaf edərdi. S.Novruzov bildirib ki, həmin şəxslər indi də dövlət əlehinə iş aparırlar: “Onlarn fəaliyyəti mövsümidir. Yazda, payızda görürsən ki, müəyyən qədər xaricdən pul alıb mintiqlər keçirirlər, dövlət əleyhinə işlər aparırlar, ayrı-ayrı internet saytlarında yazılar yazırlar, xaricə Azərbaycanın əleyhinə düzgün olmayan məlumatlar ötürürməklə məşğuldular”. S.Novruzov əlavə edib ki, bunu bütün Azərbaycan ictimaiyyəti də bilir və hər şeyi düzgün qiymətləndirir: “Azərbaycan xalqı dövlətin, prezidentin siyasətin dəstəkləyir və xalq ilə iqtidar birlikdə fəaliyyətin davam etdirir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."