Ads by Google

hightechnic
Ads by Google

unnamed (6)29 oktyabr tarixində “Siyəzən rayon məktəbliləri arasında İntellektual Çoxnövçülük” adlı layihənin üçüncü mərhələsi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilən layihənin bu mərhələsi “Breyn Rinq” və “Erudit kvartet” yarışlarından ibarət olub. Yarışlarda Siyəzən rayon məktəblərinin 7-11-ci siniflərində təhsil alan şagirdlər iştirak ediblər.

Layihənin PR-meneceri Rəşid Mustafazadənin sözlərinə görə, 15 komandanın tərkibində 90-a yaxın məktəblinin iştirak etdiyi layihənin “Nə? Harada? Nə zaman?” mərhələsində ilk 8 yeri tutmuş komandalar final mərhələsində iştirak etmiş hüququ qazanıblar. Hər üç mərhələnin nəticələrinə əsasən isə, 1-ci yeri 3 saylı orta məktəbin “Zirvə” komandası, 2-ci yeri 1 saylı orta məktəbin “Uran” komandası, 3-cü yeri isə 2 saylı orta məktəbin “Müşfiq-1” komandası tutub.

Layihənin rəhbəri Ayaz İlyasovun sözlərinə görə, layihə həm intellektual potensiallı məktəblilərin aşkara çıxarılması, həm də bütün yarışların gərgin mübarizə şəraitində keçməsi cəhətdən çox maraqlı alınıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."