Siyəzəndə intellektual təlim keçirilib

Müəllif: Redaktor

Editor

unnamed15 oktyabr tarixində “Siyəzən rayon məktəbliləri arasında İntellektual Çoxnövçülük” adlı layihənin ilk mərhələsi baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilən təlimdə Siyəzən rayon məktəblilərinin 7-11-ci siniflərində təhsil alan şagirdlər iştirak ediblər.

Təlim zamanı iştirakçılar “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq” və “Erudit kvartet” intellektual oyunlarının qaydaları, həmçinin, sualların tapılması prosesi, komanda formalaşdırmaq üsulları, kapitanın rolu və oyun sistemi ilə tanış olublar.

Layihənin rəhbəri Ayaz İlyasovun sözlərinə görə, layihənin ilk mərhələsinin məhz təlim formasında keçirilməsinin məqsədi intellektual oyunların təşviqi, qaydalar, eləcə də, oyun üsualları ilə şagirdləri daha yaxından tanış etmək idi.

Ümumilikdə isə layihənin 3 mərhələdə keçirilməsi nəzərdə tutulub. 22 oktyabr tarixində “Nə? Harada? Nə zaman?” formatlı turnir keçiriləcək. Layihəyə yekun isə oktyabrın 29-da vurulacaq. Həmin gün “Breyn Rinq” və “Erudit kvartet” yarışları baş tutacaq. Hər üç intellektual oyunda daha uğurlu nəticə göstərmiş komanda qalib elan olunacaq.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibidir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır