Yazı İçi 468×60

935607_465712“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberg, keçən həftə “bəyənməmə” düyməsinin yaxın zamanlarda aktivləşdiriləcəyini bildirmişdi.

Markın bu açıqlamasından sonra fırıldaqçılar hərəkətə keçiblər. Belə ki, “facebook” istifadəçilərinə “”Bəyənməmə” düyməsini buradan aktivləşdir”” adlı saxta tətbiqetmə təqdim edilir. İstifadəçilər həmin linkə tıkladıkları zaman, onlardan e-mail ünvanı və parol tələb edilir. Hesab məlumatlarını daxil edən istifadəçi, başqa bir web sayta yönləndirilir və “Bəyənməmə” düyməsi aktivləşmir. Bu yolla istifadəçilərin hesabları ələ keçirilir və ya onların adlarından reklam xarakterli məlumatlar paylaşılır.

Bəzi fırıldaqçılar isə bu yolla komputerlərə proqram yükləmək qabiliyyətinə də sahib olurlar. “Facebook” istifadəçilərinin bu yeni online saxtakarlıqdan necə təsirləndiyi hələ tam olaraq bilinmir. İstifadəçilərə şübhəli linkləri tıklamadan əvvəl, 2 dəfə düşünmək tövsiyə edilir(bizimyol).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."