www.sinerjipro.net

SinerjiProWide
Reklam

 

kim-kardashianAdnan Oktarın “kediciyi” Tülay Kumaşçı sosial şəbəkə paylaşdığı son açıq-saçıq videosu ciddi müzakirələr səbəb olub. Yenicag.az xəbər verir ki, olaya münasibət bildirən Adnan Oktar Tülay Kumaşçının çılpaq şəklinə erməni topmodel Kim Kardaşyanı misal gətirərək haqq qazandırıb.

fft22_mf4112265

“Kim Kardaşyanı nə qədər sevirəmsə, Tülayı da o qədər sevirəm”


“Bir insan məni sevirsə, o demək deyil ki, o açıq geyinə bilməz. İstədiyini etməyə haqqı var. Kim Kardaşyanı nə qədər sevib, hörmət edirəmsə, Tulay xanımı da o qədər sevib və hörmət edirəm. Kardaşyan nə qədər sərbəstdirsə, o da qədər sərbəstdir. Mən Kim Kardaşyanı sevirəm və sayğı duyuram. Tülay xanımı da o qədər sevirəm. Kardaşyanın da çılpaq şəkilləri var. Tülay da bu məsələdə sərbəstdir”- deyə Adnan Oktar bildirib.

tulay-kumasci-seo_640Daha sonra o “Mən heç kimi azadlığına sədd çəkə bilmərəm. Bikini geyinməsinə, əylənməyinə qarşı hər hansı bir iradım ola bilməz. Yaxud məni niyə sevirsən deyə bilmərəm. Məni sevirsə iftixar hissi keçirərəm və qarşılıq verərəm” -deyə sözlərinə əlavə edib.

Məsələ Adnan Oktarın kimi nə qədər sevməsindən daha çox  “Erməni soyqırımı” yalanının alovlu müdafiəçisi olan Kim Kardaşyanın Azərbaycanın peykindən təbliğ olunmasıdır. Belə ki, əvvəllər də ermənipərəst mövqeyini gizlətməyən Adnan Oktarın sahibi olduğu A9 telekanalı “AzerSat”dan da yayımlanır.

11201852_447170215451758_7866072403569608994_n

Azərbaycan peykindən yayımlanan erməni təbliğatı

Qeyd edək daha öncə də Xocalı soyqırımını ermənilərin etmədiyini iddia edən Türkiyə vətəndaşı Adnan Oktarın A9 telekanalına Azərbaycan peyki olan Azerspacedə yayım hüququ verildiyini bildirmişdik.

Görəsən, hansı meyarlara əsasən onun telekanalına yer verilib? Ümumiyyətlə, ermənipərəstlərin Azərbaycan peykinden istifadə etməsinə münaqsibət necədir? İstənilən təhlükəli qrupa peykimizdə yayım haqqı vermək nə qədər doğrudur? Bunun üçün müvafiq qurumlarla işbirliyi lazımdırmı?

25811

“A9 “AzərSat”dan çıxarılmalıdır”

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında bildirdi ki, Azerspace peyki Azərbaycanın adı ilə bağlıdırsa, ona ölkəmizin sərəncam hüququ varsa, düşmənə, onu dəstəkləyənə hər hansı bir formada yaşıl işıq yandırmaq qadağan olunmalıdır və bu istiqamətdə hər hansı addımın atılması cinayətdir: “Amma təəssüf ki, zaman-zaman bunun əksini görürük. Azərbaycan rəsmi qurumlarında bir də görürsən anası erməni  olan çıxır. Ondan sonra yadımıza düşür ki, bu belədir. Bu yanaşma doğru deyil. Birmənalı aydın mövqe olmalıdır. Ermənistan təcavüzkardır, hər hansı bir erməniyə, onu dəstəkləyənə, təcavüzün nəticələri aradan qaldırılmamış, hər hansı bir yardımdan söhbət gedə bilməz. Xocalı soyqırımının ermənilərin törətmədiyini iddia edən A9 kanalının rəhbəri Adnan Oktar kimiləri millətimizin düşmənidirsə, din adı ilə gənclərimizin beynini korlamaqla məşğuldurlarsa, bu adamların rəhbəri olan telekanallar da birmənalı şəkildə yasaqlanmalı, onlara peykimizdə yayım hüququ verilməməlidir. Bu istiqamətdə müvafiq qurumlar, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölçüb-biçib, milli mənafeyimizə uyğun aydın mövqe ifadə etməlidirlər”.

Azercosmos

Nazirliklə “Azərkosmos”un ötür-ötür oyunu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıqda, məsələ ilə bağlı “Azərkosmos”a müraciət edilməsini uyğun gördülər. Azərkosmosla əlaqə saxlasaq da, oradan məsələ ilə bağlı sualımıza cavab verə bilməyəcəklərini dedilər.

Göründüyü kimi, informasiya təhlükəsizliyimizə məsul olan nazirlik və mühüm strateji qurum ölkədə erməni təbliğatının getməsinə qarşı nəinki mübarizə apara bilmirlər, tam əksinə, efir vasitəsilə həm gənclərimizin əxlaqının pozulmasına, həm də erməni siyasətinin aparılmasına göz yumurlar. Hər halda hörmətli Əli Abbasovun bu biabırçılığa son qoyacağını və hansısa maraqlar naminə ermənipərəst əxlaqsızı “AzərSat”a buraxanları cəzalandıracağını ümid edirik.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 379
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."