!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Skype”da problem yarandı

!Reklam – Yazi

Bu gün “Skype” xidmətinin işində qlobal miqyasda problem yaranıb.

Yenicag.Az-ın İKT.lent.az-a istinadən verdiyi xəbərinə görə, Avropa və Asiyanın onlarla ölkəsində istifadəçilər “Skype”dan istifadə edə bilməyiblər. Əksər hallarda proqram şəbəkəyə qoşula bilməyib. Bəzi hallarda şəbəkəyə qoşulma baş tutsa da, danışmaq mümkün olmayıb. Problem daha çox Yaponiya, Hindistan, Rusiya, Ukrayna, Belarus, İtaliya, İspaniya, Almaniya, Çexiya, Rumıniya, Bolqarıstan, Malta və digər ölkələrdə müşahidə olunub.

“Biz problemdən xəbərdarıq. Mühəndis komandamız artıq problemi aradan qaldırmaq üzərində işləyir”, – deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, “Skype” 2003-cü ildə yaradılıb. Onun ofisi Lüksemburqda yerləşir. 2011-ci ildə “Microsoft” korporasiyası “Skype” xidmətini 8,5 milyard dollara satın alıb.

Yenicag.Az

www.yenicag.az

847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv