www.sinerjipro.net

SinerjiProWide
Reklam

28412Slovakiya hakimiyyəti bildirib ki, Suriyadan qaçan qaçqınlardan yalnız xristianları qəbul edəcək.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Slovakiya hökuməti bu qərarının guya müsəlmanların cəmiyyətə inteqrasiya oluna bilməməsi ilə əsaslandırıb.

“Biz miqrasiya ilə bağlı Avropaya kömək etmək istərdik. 800 nəfər müsəlmanı qəbul edə bilərik. Ancaq onlar üçün burada məscid yoxdur. Bura onların xoşuna gəlməsə, axı, necə inteqrasiya oluna bilərlər?” – Slovakiya DİN-nin nümayəndəsi İvan Metik belə deyib.

Rəsmi Bratislava bildirib ki, gələn qaçqınların dini kimliyi soruşulacaq. İvan Metik diskriminasiya iddialarını rədd edib. O, deyib ki, bu cəmiyyətin bütövlüyünü qorumaq üçündür.

Qeyd edək ki, AB qaçqınlarla bağlı Avropa ölkələrinə kvotalar ayırıb. 40 min qaçqın bütün qitə üzrə bölüşdürülüb. Slovakiya rəsmi şəkildə hal-hazırda İtaliya, Türkiyə və Yunanıstan qaçqın düşərgələrində yaşayan 200 qaçqını qəbul etməlidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."