yenicag.az
yenicag.az

“Slovo Kırqızstana” qəzetində Bakı və Humanitar Forumdan yazılıb

“Slovo Kırqızstana” qəzetində Bakı və Humanitar Forumdan yazılıb

Müəllif: Redaktor

Editor

unnamed-4Qırğız Respublikasının rus dilində çap olunan əsas dövlət qəzeti və ən çox oxucu kütləsinə sahib olan “Slovo Kırqızstana” qəzetinin baş redaktorunun müavini, bu ilin sentyabr ayının 29-30-da Bakı şəhərində keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən xanım Kifayət Əskərovanın Azərbaycana səfəri ilə bağlı təəssüratları həmin qəzetin 21 oktyabr 114 nömrəli, 11 noyabr 122 nömrəli və 25 noyabr 127 nömrəli saylarında, qəzetin rəngli və mərkəzi səhifələrində dərc edilib.

Kifayət xanım qəzetin 21 oktyabr 114 nömrəli sayındakı yazısını “Bişkekdən Bakıya təyyarələr uçmur. Təəssüf…” adı altında təqdim etmişdir. O, birbaşa reysin olmadığı üçün tranzit uçuşlardan istifadə etməli olduğu üçün, həmçinin 2 dəfə bir-başa reysin rentabelli olmadığı üçün ləğv olunduğuna görə məqaləyə bu adı verməyi qərara almışdır.
Müəllif, məqaləsini Bakı Humanitar Forumunun tarixi, yüksək səviyyəli qonaqları haqqında geniş məlumat vermişdir. O, həmçinin xarici qonaqların Bakının gözəlliyindən heyrətini gizlədə bilməməsini, xalqın qonaq pərvərliyini, möhtəşəm yeni tikililərin əzəmətini xüsusilə qeyd etmişdir.

Jurnalist Forumun keçirildiyi Ulu Öndər Heydər Əliyev adına Mərkəzinin tarixi haqqında da bilgi vermişdir. O, Forumda Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştiraklarının tədbirə xüsusi önəm verdiyini, Azərbaycan Prezidentinin Forumda dərin məzmunlu geniş nitqini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini qəzet oxucularının diqqətinə çatdırmışdır.
Kifayət xanım qəzetin 11 noyabr 122 nömrəli və 25 noyabr 127 nömrəli saylarında “Şəhər, harakı dəniz və insanlar qayıdır” adı altında geniş yazıları Azərbaycanın şəhər və rayonlarının, xüsusən də Bakının gözəlliyinə həsr etdmişdir.
Əslən Azərbaycandan olan jurnalist bir çox həmyerlilərimiz kimi 1933-1937-ci illərdə sürgün olunmuş ziyalı azərbaycanlı ailələrin nümayəndələrindəndir. Onun atası, Lerik rayonun Zuvand kəndində anadan olmuşdur. O, məqaləsində, atasının doğulduğu yeri ikinci İsveçrə adlandırır.

Müəllif Bakının ən qədim hissəsi olan İçəri Şəhər haqqında da geniş məlumat vermişdir. O, memarlığı, gözəlliyi və təzə tikililəri ilə hər bir turisti heyran qoyan möhtəşəm yeni şəhərin içində qədim və çox böyük tarixi olan İçəri şəhərin Bakının gözəlliyinə gözəllik qatdığını xüsusilə qeyd etmişdir.

Jurnalist qəzetin hər sayında yazı ilə bərabər özünün çəkdiyi şəkilləri də oxucuların diqqətinə təqdim etmişdir.
Məqalədə müəllifin imzasından sonra qəzetin redaksiyasının K.Əsəkərovanın Bakı şəhərinə səfərinin hazırlığına və onun V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə Azərbaycan Respublikasının Qırğız Respublikasında

Səfirliyinə təşəkkürü çap olunmuşdur.

http://slovo.kg/?p=76782

http://slovo.kg/?p=77790

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti