SOCAR-ın işçiləri qəzaya düşdü-Ölən var

SOCAR-ın işçiləri qəzaya düşdü-Ölən var

Müəllif: Redaktor

Baş Redaktor

qezadfvbn99Bu gün saat 07:00 radələrində ağır yol nəqliyyat hadisəsi baş verib.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi qəzaya düşüb.

Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirən avtomobil arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək(aznews).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti