www.sinerjipro.net

SinerjiProWide
Reklam

SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın neft naziri Bijan Namdar Zənganə ilə görüşüb.

Yeniçağ.Az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, İranda keçirilən görüşdə iki ölkə arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.

Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü ilə bağlı məsələləri nəzərdən keçiriblər, ətraflı fikri mübadiləsi aparıblar. Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."