!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SOCAR istiqrazlarının qiyməti artır

!Reklam – Yazi

Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının qiyməti yüksəlib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyətini həyata keçirən “PSG Kapital” investisiya şirkətindən Yenicag.Az-a verilən məlumata görə, SOCAR istiqrazlarının satış qiyməti 1 004-1 005 dollara yüksəlib. Hazırda adı çəkilən istiqrazları 1 004-1 005 dollara almaq və 1 000 dollara satmaq olar.

“PSG Capital” şirkətindən bildirilib ki, növbəti istiqrazların faiz ödənişinin vaxtı yaxınlaşdıqca istiqrazların qiyməti də yüksələcək. Xatırladaq ki, istiqrazlar üzrə faizlər 3 aydan bir ödənilir. Hər faiz ödənişi zamanı istiqraz sahiblərinə hər istiqraz üzrə 12,5 dollar, il ərzində isə ümumilikdə 50 dollar məbləğ ödənilir. İlk faiz ödənişi 17 yanvar 2017-ci ildə olub, növbəti faiz ödənişi isə 17 aprel 2017-ci ildə baş tutacaq. Dövlət Neft Şirkətinin daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə buraxılıb. İstiqrazların təkrar bazarına isə 2016-cı ilin 17 oktyabrından start verilib.

Xatırladaq ki, bir qədər əvvəl “PSG kapital” şirkəti SOCAR istiqrazlarının alış-satışı üzrə yanvar ayının nəticələrini açıqlayıb. Nəticələrə görə, yanvar ayında 16,5 mln. dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. İstiqraz alanların 72%-ni yeni müştərilər, 28%-ni isə əvvəlki müştərilər təşkil edib. İndiyədək təkrar bazarda 50 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb.

Yenicag.Az

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv