Yazı İçi 468×60

Rusiyanın Soçi şəhərində MDB ölkələri dövlət başçılarının sammiti başlayıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçıları ilk olaraq məhdud çərçivədə görüş keçiriblər.

Liderlər MDB çərçivəsində əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Əsas diqqət təşkilatın, onun icra strukturlarının və orqanlarının bundan sonrakı fəaliyyətinin effektivliyini yüksəltməyə yönəldiləcək. MDB-də sədrliyin 2018-ci ildə Rusiyadan Tacikistana keçməsi haqqında qərar veriləcək.

Toplantıda bir sıra çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır. Bu sənədlərə MDB çərçivəsində humanitar-mədəni, hüquq-mühafizə və hərbi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi aiddir. Bundan başqa, ailə institutu və ənənəvi ailə dəyərlərinə dəstək haqqında bəyanat qəbul olunacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 610
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."