1459253554_0001Bu yaxınlarda keçirilən iclasların birində Prezident İlham Əliyev dövlət məmurlarına yenə də insanları incitməməyi, əhalinin qarşılaşdığı problemin aradan qaldırılmağıı tapşırdı. Bu dəfə də sərt şəkildə. Təəəssüf edirik ki, bir sıra məmurlar, hətta Prezidentin də tapşırığına əməl etmir, insanların əsəbiləri ilə oynayır, var-dövlət, pul qazanmaq üçün imkansızları ayaq altında tapdalamağa da çalışırlar. Sanki sadə insanların rahatlığını pozmaqdan, onlara əzab-əziyyət verməkdən həzz alırlar. Belələrindən biri də Yasamal rayonu, Mustafa Sübhi küçəsi 16-da yerləşən “Şəki Xan Klub” restoranının sahibidir.
Bu restoranın sahibi kimdirsə, hətta Yasamal Rayon İcra Hakimiyyətinin “Şöhrət” ordenli başçısı İbrahim Mehdiyev də ondan qorxur. Çünki restoran sahibinin qanunsuz əməllərindən, özbaşınalığından, ətrafda yaşayan sakinləri təmiz havadan və günəş işığından məhrun etməsi barədə 3 dəfə İbrahim Mehdiyevə, 3 dəfə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da sakinlərin ərizəsini “tədbir görülmək” üçün Yasamal Rayon İcra Hakimiyyətinə göndərib. Demək, Hacıbala müəllim də sakinləri başından etmək üçün ərizələri Yasamal Rayon İcra Hakimiyyətinə göndərib. Daha H.Abutalıbov fikirləşmir ki, sakinlər ona üçüncü dəfədir müraciət edirlər. Əgər Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi tədbir görsəydi, daha sakinlər niyə üçüncü dəfə Hacıbala müəllimə müraciət edirdilər?
Üst-sütə 6 şikayət ərizəsindən sonra Süleyman Tağızadə 41-də yaşayan sakinlərə özlərini Yasamal Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən 2 nəfər gəlib problemlə yerində tanış olub. Və təəccüblə deyiblər ki, belə də özbaşınalıq olar? Restoran sahibi sakinləri günəş işığından, təbii havadan məhrum ediblər. Üstəlik sakinlərin pəncərəsinin qarşısına elektrik naqilləri çəkiblər. Sabah sakinlərdən kimisə tok vursa, məsuliyyəti kim daşıyacaq? Görəsən yaşayış evlərinin tən ortasında restoran tikməyə hansı icra hakimiyyəti orqanı icazə verib? Axı burada bişirilən yeməklərin qoxusundan, restorana gələn maşınların səsindən, tüstüsündən, ən acınacaqlı isə buraya gətirilən qadınların səs-küyündən, əcaib səslərindən yaşamaq qeyri-mümknüdür. Görəsən insanların yaşayış hüququnu əlindən alan kimdir?
İcra hakimiyyətinin işçiləri bu barədə ciddi tədbir görüləcəyini deyib gediblər. Onların gəlişindən 3 ay keçsə də, heç nə dəyişməyib. Dəyişən bir o olub ki, restoran sahibinin ürəyinə bir qədər “mərhəmət” gəlib və ətrafda yaşayan sakinlərin pəncərələrinin qarşısına vurdurduğu taxtaları sökdürüb yerinə boz rəngli plastmas vurdurub. Sonr da lağla deyib ki, yazıqdırlar, qoy pəncərələri bir az mədəni görünsün. Xalqımız dözümlü xalqdır. Qonşular təbii hava almasalar da olar. Burada bişirilən yeməklərin qoxusundan danışan restoran sahibi yenə də sakinləri ələ salıb və deyib ki, onların pulu haradadır ki, gedib kabab yesinlər. Heç olmasa qoy hər gün kababın iyini duysunlar və gözlərinin qurdu ölsün.
Axşam saat 12-dən sonra ətrafı bürüyən qadınların əcaib səslərinə isə restoran sahibi deyib ki, cammatın əyləncəsini, “kayfını” poza bilmərəm. Bu sözləri hər hansı bir erməni desəydi, dözmək olardı. Fikirləşərdik ki, erməni xalqımızın düşmənidir. Ancaq azərbaycanlının öz millətinə belə zülm etməsi dözülməzdir. Axı hansı ölkədə yaşayış məhəlləsinin tən ortasında, insanların sıx yaşadığı bir ərazidə restoran və ya ictimai-iaişə obyekti açırlar? Yaşayış məhəlləsinin tən ortasında əxlaqsız qadınlarla eyş-işrət məclisləri təşkil etmək milli dəyərlərimizə, əxlaqımıza və azərbaycanlı adına ləkədir. Təəssüf ki, bu gün belə əxlaqsızlıqlarla hələ də üzləşirik, özü də dövlət məmuru səviyyəsində.
Pəncərələrin qarşısına vurulmuş taxtaları söküb yerinə boz rəngli plastmas vuran restoran işçilərinə etiraz edən sakinlərə deyiblər ki, müdir bizə belə tapşırıq verib. Tapşırıb ki, kim buna etiraz etsə, deyin ki, gedin Allahınıza şükür edin ki, bunu edirik. Bir də səs-küy salsanız, pəncərələrinizin qarşısını kərpiclə hörəcəyik.
Əlacları hər yerdən kəsilmiş sakinlər Prezident Administrasiyasına gedib dərdlərini demək istəyirlər. Öyrənmək istəyirlər ki, görəsən “Şəki Xan Klub” restoranının sahibi hansı dövlət məmurudur ki, həm Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, həm də Şöhrət” ordenli Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ondan qorxur?
Afiq Sadıxov / Moderator.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."