www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dizel və benzinlə idarə olunan avtomobilləri qadağan etməyə hazırlaşan ölkələrin sayı getdikcə artır.

Yenicag.az  xəbər verir ki, dünyanın ən böyük iqtisadi ölkələri olan Çin, Hindistan, Fransa, İngiltərə və Norveç fərqli tarixlərdə benzin və dizelli avtomobilləri qadağan etməyi planlaşdırırlar. Beynəlxalq Enerji Agentliyi bu ölkələrlə yanaşı daha 8 dövlətin eyni hazırlıq mərhələsində olduğunu xəbər verir.

Dünyanın ən böyük avtomobil bazarına sahib olan Çin maşın istehsalçılarının fosil yanacaqlı nəqliyyat vasitələrinin satışını dayandıracağını açıqlayıb. Ölkə şirkətlərin elektrikli maşınları inkişaf etdirməyə səy göstərdiklərini bildirib.

Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xin Guobin hökumətin benzinli maşınların istehsalı və satışını dayandırmaq üçün dəqiq tarix müəyyənləşdirmək üzərində çalışdığını qeyd edib. Çinin bu qərarı isə avtomobil sənayesi üzərində dərin təsir yaradacaq.

Fosilli nəqliyyat vasitələrini qadağan etməyə hazırlaşan tək ölkə Çin deyil. Belə ki, İngiltərə ölkədə havanın təmizlənməsi üçün 2040-cı ildən etibarən benzin və dizellə çalışan maşınların satışını dayandırmağı planlaşdırır. Baxmayaraq ki, İngiltərə illik 2,7 milyon maşın satışı ilə dünyada bu sahədə 6-cı ən böyük ölkədir.

Bundan əlavə, Fransa da qlobal istiləşməyə qarşı 2040-cı ilə qədər fosil yanacaqlı nəqliyyat vasitələrinin satışına məhdudiyyət qoymağa hazırlaşır. 2040-cı ildən etibarən Fransada yalnız elektrikli, hibrit və digər təmiz yanacaqlı maşınların satışına icazə veriləcək.

Bu sahədə niyyətini bəlli edən bir digər ölkə Almaniyadır. Bu ölkə digərləri kimi dəqiq tarix açıqlamasa da, Almaniya kansleri Angela Merkel təmiz yanacaqlı nəqliyyat vasitələrindən istifadənin daha düzgün olduğunu açıqlayıb. Bunun üçün avtomobil sənayesinin sürətli bir şəkildə infrastruktur yaratmalı olduğunu ifadə edib.

Başqa bir avtomobil nəhəngi Hindistan da benzin və dizel yanacaqlı nəqliyyat vasitələrindən imtina etməyə hazırlaşır. Hindistan hökuməti 2030-cu ilə qədər ölkədə satılan hər avtomobilin elektrikli motora malik olmasının vacibliyini vurğulayıb.

Norveç də elektrikli avtomobillər barədə dəqiq tarix açıqlayan dövlətlərdəndir. Ölkədə 2025-ci ildə satılan hər avtomobil və yüngül ticarət maşını sıfır emisiyalı olacaq. Norveç hazırda təmiz yanacaqlı maşın istifadəsində dünyadakı ən öncül ölkələrdəndir. Keçən il satılan nəqliyyat vasitələrindən 40%-i elektrikli və hibrit maşınlardan ibarət olub.

Bundan əlavə, Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İspaniya, Yaponiya, Hollandiya və Cənubi Koreya da bu mövzuda mövqeyini ortaya qoyub.

Yenicag.Az - www.yenicag.az

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."