www.sinerjipro.net

SinerjiProWide
Reklam

nemtsov-9Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun öldürən şəxs solaxay olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

B. Nemtsovun ölümü ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən təyin olunmuş ekspertizanın nəticələrinin məlum olduğunu qeyd edən mənbənin sözlərinə görə, ballistik, bioloji və trasoloji ekspertiza aparan mütəxəssislər cinayətkarın atəşi silahı sol əlində tutaraq açdığı barədə yekun qənaətə gəliblər. Cinayətlə bağlı əsas şübhəli şəxs olan Çeçenistan Daxili İşlər Nazirliyinin “Şərq” batalyonunun döyüşçüsü Zaur Dudayev də solaxaydır. Dindirilmə zamanı o, əvvəlcə cinayəti törətdiyini etiraf etsə də, sonradan verdiyi ifadədən imtina edib.

Bundan başqa, ekspertlər Zaur Dudayevin cinayətdən sonra əyləşdiyi “ZAZ Chance” avtomobilinin oturacağında barıt izləri aşkar ediblər. Ehtimal edilir ki, cinayətdən sonra o silahı əyləşdiyi oturacağın yanındakı oturacağa qoyub.

Xatırladaq ki, Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsov bu il fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəşlə öldürülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."