ŞOK: Qışda neftin qiyməti 20 dollara düşəcək

Müəllif: Redaktor

Editor

img1943946Dünya bazarında soba mazutuna tələbat azalacağına görə, artıq bu qış mövsümündə neftin 1 barelinin qiyməti 20 ABŞ dollarına qədər düşə bilər. “Report” xəbər verir ki, bu proqnozu “Goldman Sachs” investisiya bankının analitikləri səsləndiriblər.

“Bazarın davam edən yenidən balanslaşdırılmasının olduqca yavaşlaması riski mövcuddur. Çünki ehtiyatların davam edən artımı buna işarə edir”, – deyə Bank müştərilərinə məktubunda bildirib.

Kortirovkalar üçün əsas risk meteoroloqların proqnozlarına görə, son 50 ildə ən güclü olacaq “El-Ninyo” hava fenomeninin inkişafı ilə bağlıdır. Nəticədə, ABŞ və Avropada qış anomal isti keçəcək və bu səbəbdən soba mazutuna tələbat da azalacaq. “Bu risk həyata keçərsə, o, kortirovkaları maya dəyərinə qədər gətirib çıxaracaq bə bazarda yeni korreksiyaya təkan verəcək. Neftin barelinin maya dəyəri isə 20 dollar səviyyəasində qiymətləndirilir”, – deyə “Goldman Sachs” yazır.

Lakin analitiklər hesab edirlər ki, kəskin düşəndən sonra, qiymət artımının bərpa olunacağı ehtimal edilir: “Ən azından buna 1986, 1988 və 1998-ci illərdə müşahidə edilən oxşaq statistika da dəlalət edir”.

Qeyd edilir ki, bazarda pay uğrunda mübarizə üçün endirimlər elan etməklə, neftin qiymətinin sürətlə düşməsinə OPEC üzvləri özləri də yardım edir.

Bir həftə əvvəl “Saudi Aramco” Səudiyyə Milli Neft Şirkəti bu ilin sonu üçün rəsmi satış qiymətini aşağı salıb. Belə ki, amerikalı istehlakçılar “Arab Light” yüngül neftini 1,6 dollar endirimlə (noyabrda – 2,05 dollar), “Arab Heavy” markalı ağır nefti isə 2,2 dollar (noyabrda 1,75 dollara qarşı) diskontla alacaqlar.

Analitiklə qeyd edirlər ki, hazırda dünya neft bazarı ifrat hasilat şəraitindədir. Belə ki, neft anbarları “ağzına qədər” doludur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrinin kommersiya xarakterli xammal ehtiyatları tarixi rekord həddə (2,942 mlrd. barel) çatıb. Strateji dövlət ehtiyatları ilə birgə bu rəqəm 4,525 mlrd. barel təşkil edir. Hələ təxminən 1 mlrd. barel neft isə üzən neft anbarlarına çevrilən dreyf tankerlərin göyərtəsində saxlanılır. Ötən həftə ABŞ-ın kommersiya ehtiyatları yenidən 0,25 mln. barel artıb(musavat).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir