!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Son 117 ildə daha gəlirli səhm bazarı olan ölkələr müəyyənləşib

!Reklam – Yazi

1900-2016-cı illəri əhatə edən dövr ərzində dünyada ən çox qazandıran səhm bazarları arasında Cənubi Afrika Respublikası, Avstraliya, ABŞ, Yeni Zelandiya və İsveç olub.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə İsveçin “Credit Suisse” bankı və London Biznes Məktəbinin birgə araşdırmasında məlumat yayılıb.

Hesabatda qeyd olunur ki, bu ölkələrin səhmlərinin orta illik gəlirliliyi 117 il ərzində müvafiq olaraq 7,2%, 6,8%, 6,5%, 6,2% və 5,9% olub. Reytinqdə sonrakı yerləri Kanada, B.Britaniya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, İrlandiya, Norveç, Yaponiya, İspaniya, Portuqaliya, Almaniya, Fransa, Belçika, İtaliya və Avstriya tutub. Ümumiyyətlə, son 117 ildə dünya səhmlərinin orta illik gəlirliliyi 5,2% təşkil edib.

Yeniçağ.Az

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv