!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Son qərar sentyabrda veriləcək" - Nazim İbrahimov ÜAK-dan danışdı

!Reklam – Yazi

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə danışıb.

Yenicag.az xəbər verir ki, jurnalistlərə açıqlama verən İbrahimov, qərarın Rusiyada yaşayan azərbaycanlılar tərəfindən narazılıqla qarşılandığını bildirib:

“Bu istiqamətdə müvafiq iş aparılır. Sentyabr ayında Rusiyada məhkəmə olacaq. Yalnız qərardan sonra müəyyən fikirlər söyləmək olar. ÜAK-ın hər hansı bir məhkəmə qərarı ilə ləğvi heç də yaxşı hal deyil. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlı tərəfindən mənfi qarşılanıb. Fikrimcə, məsələni yumşaq yolla həll etmək mümkündür. Hər bir təşkilatın idarə olunmasında müəyyən nöqsanlar ola bilər. İstək olduğu halda bu çatışmazlıqları aradan qaldırmaq və məsələni həll etmək mümkündür. Belə radikal qərarların verilməsi azərbaycanlılar arasında narazılığa səbəb olur. Güman edirəm ki, sentyabrda düzgün qərar veriləcək. Hər hansı neqativ qərar olarsa, biz fikrimizi bildirəcəyik”.

Yenicag.az

www.yenicag.az

1059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv